Az    |     Ru    |     En
      

          Ölkə başçısı İlham Əliyevin göstərişinə əsasən, paytaxt Bakıda nəqliyyat sıxlığını aradan qaldırıb, nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə “Azəryolservis” ASC tərəfindən işlər davam etdirilir.  Bu məqsədlə Atatürk prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində yerləşən yol ötürücüsünün üzərində yeni yol hissəsi salınıb. 


          Yeni yol hissəsi bu gündən etibarən sürücülərin ixtiyarına verilib. Nəqliyyat vasitlərinin geri dönmələri üçün salınan yol hissəsi tıxacların aradan qaldırılması üçün atılan məqsədyönlü addımların tərkib hissələrindən biridir. 
          Görülən işlər nəticəsində yolun hərəkət hissəsi nəzərə çarpacaq dərəcədə genişləndirilib. Əraziyə yeni asfalt-beton örtük döşənib. Yeni salınmış yol hissəsində hərəkəti tənzimləmək üçün müvafiq yol nişanları quraşdırılıb və səki daşları düzülüb. 


          Bundan öncə nəqliyyat vasitələri geri dönmə əməliyyatını həyata keçirmək üçün uzun bir məsafə qət etməli idilər. Bu isə həm vaxt itkisinə, həm də həmin istiqamətdə sıxlığın yaranmasına gətirib çıxarırdı. Həsən Əliyev küçəsi ilə hərəkətdə olan nəqliyyat vasitələri artıq yeni yol hissəsindən geriyə dönməklə rahat və maneəsiz şəkildə hərəkətlərinə davam edə bilərlər.


         Qeyd edək ki, nəqliyyat sıxlığını aradan qaldırılıb, nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə işlər aparılır.

 

XƏBƏRƏ AİD FOTOLAR

12.10.2015

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin