Sədrin müavinləri
Əli Sabir oğlu Hacıyev 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur.
Ali təhsillidir. Azərbaycan Dövlət Neft Akademiyasında bakalavr və magistr təhsili alıb.
2002-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Aparatında İqtisadiyyat və Maliyə idarəsində iqtisadçı;
2003-2004-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Aparatında Mərkəzi mühasibatlığın yekun və icmal hesabatların tərtibi şöbəsinin mühasib;
2004-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Aparatında Maliyyə-iqtisadiyyat idarəsinin Mərkəzləşdirilmiş mühasibatlıq şöbəsində mühasib vəzifələrində çalışıb.
2004-2005-ci illərdə Ordu sıralarında xidmət etmişdir.
2005-2008-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Aparatında Mərkəzləşdirilmiş mühasibatlıq şöbəsində mühasib;
2008-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Aparatında Mühasibat uçotunun metodologiyası və uçot əməliyyatlarının təkmilləşdirilməsi şöbəsində iqtisadçı, aparıcı iqtisadçı;
2008-2015-ci illərdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin Dövlət investisiyaları şöbəsində müdir müavini;
2015-2019-cu illərdə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin Dövlət investisiyaları şöbəsində müdir;
2019-cu ildə "AzerGold" Qapalı Səhmdar Cəmiyyətində İdarə Heyətinin üzvü, Sədrin müşaviri;
2019-cu ildə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyində Nazirin müşaviri;
2019-2024-cü illərdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyində Dövlət investisiyaları şöbəsinin müdiri;
2024-cü ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində İnvestisiya Baş İdarəsinin rəisi vəzifələrində çalışıb.
4 fevral 2025-ci il tarixindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin Sədr müavini vəzifəsində çalışır.
Ailəlidir, 3 (üç) övladı var.