İdarə Heyətinin Sədri

Vüsal Zakir oğlu Nəsirli 1978-ci ildə İmişli şəhərində anadan olub.

- 2000-ci ildə Qafqaz Universitetinin İnzibati İdarəetmə fakültəsinin dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr,  ⁠2002-ci ildə magistr pillələrini bitirib. 

- 2001–2009-cu illərdə özəl sektorda müxtəlif rəhbər vəzifələrdə, 

- ⁠2009–2013-cü illərdə İqtisadi İnkişaf Nazirliyində Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsinin direktor müavini, 

- ⁠2013–2018-ci illərdə İqtisadiyyat Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdir müavini vəzifələrində işləyib.

- 2018-ci ildən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri, hazırkı vəzifəsinə qədər isə nazirin müavini vəzifəsində çalışıb. 

- 6 fevral 2026-cı ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri təyin edilib.

Yeni Azərbaycan Partiyasının üzvüdür. 

Ailəlidir, iki övladı var.