Agentlikdə insan kapitalına yönəlmiş təlim keçirilib FOTO

3 Sentyabr 2026- 14:16
11 Agentlikdə insan kapitalına yönəlmiş təlim keçirilib

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində insan kapitalının inkişafı institusional prioritetlərdən biri olaraq davam etdirilir.

Təlim və İnkişaf Departamenti çərçivəsində əməkdaşlarımızın peşəkar bilik və bacarıqlarının artırılması, idarəetmə mədəniyyətinin təkmilləşdirilməsi və komanda daxili əməkdaşlığın gücləndirilməsi istiqamətində mütəmadi tədbirlər həyata keçirilir.

Agentlik üçün ən dəyərli resurs insan kapitalıdır və bu sahədə aparılan sistemli iş Agentliyin strateji inkişaf hədəflərinə birbaşa xidmət edir.