Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) “Korporativ mədəniyyət, subordinasiya və etik davranış qaydaları” mövzusunda təlim keçirilib.
Təlim zamanı dövlət qurumlarında peşəkar fəaliyyətin əsas prinsipləri, korporativ mədəniyyətin əhəmiyyəti, subordinasiya qaydaları və etik davranış normaları barədə məlumat verilib.
Bildirilib ki, etik və korporativ davranış qurum daxilində sağlam iş mühitinin formalaşmasına, əməkdaşlar arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə, eləcə də tərəfdaşlar və vətəndaşlarla səmərəli münasibətlərin qurulmasına mühüm töhfə verir.