Vüsal Nəsirli Laçın və Kəlbəcər rayonlarının sakinlərini qəbul edəcək

12 Oktyabr 2026- 11:10
11 Vüsal Nəsirli Laçın və Kəlbəcər rayonlarının sakinlərini qəbul edəcək

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Vüsal Nəsirli oktyabrın 23-də Laçın və Kəlbəcər rayonlarının sakinlərini qəbul edəcək.

Vətəndaşlar oktyabrın 13-dən 16-dək qəbula yazılmaq üçün Agentliyə rəsmi müraciət edə bilərlər.

Müraciətlər info@aayda.gov.az elektron poçt ünvanı və ya poçt vasitəsilə qəbul olunur. Həmçinin vətəndaşlar (012) 311-20-19 nömrəli Çağrı Mərkəzi ilə də əlaqə saxlaya bilərlər.

Qəbulun təşkili məqsədilə vətəndaşların müraciətləri əvvəlcədən qeydə alınacaq.