Hərəkət iştirakçılarının nəzərinə!
20 noyabr tarixində Heydər Əliyev prospektinin Koroğlu metro stansiyası istiqamətində yerləşən yan yolunda kommunikasiya baxış quyularında təmir işləri aparılacaq.
Bununla əlaqədar sözügedən yol sahəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Sürücülərdən hərəkət zamanı diqqətli olmaları, yol nişanlarının tələblərinə əməl etmələri və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.