Lənkəran, Astara və Lerik sakinlərinin qəbulu keçiriləcək

17 Noyabr 2026- 09:00
11 Lənkəran, Astara və Lerik sakinlərinin qəbulu keçiriləcək

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Vüsal Nəsirli noyabrın 26-da Lənkəran şəhərində Lənkəran, Astara və Lerik rayonlarının sakinlərini qəbul edəcək.

Vətəndaşlar noyabrın 17, 18 və 19-u tarixlərində (3 gün) qəbula yazılmaq üçün Agentliyə rəsmi müraciət edə bilərlər.

Müraciətlər info@aayda.gov.az elektron poçt ünvanı və ya poçt vasitəsilə qəbul olunur. Həmçinin vətəndaşlar (012) 311-20-19 nömrəli Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərlər.

Qəbulun təşkili məqsədilə vətəndaşların müraciətləri əvvəlcədən qeydə alınacaq.