Hərəkət iştirakçılarının nəzərinə!
Aşağıdakı ünvanlarda təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq:
Suraxanı rayonu, Hövsan qəsəbəsi Elvin Əlimov küçəsinin Ağadadaş Müniri küçəsi ilə kəsişməsindən 10-cu Hövsan küçəsi ilə kəsişməsinədək olan hissəsində 14 oktyabr saat 08:00-dan qismən məhdudiyyət tətbiq olunacaq;
Binəqədi rayonu, Binəqədi şossesi Mehdiabad yolu ilə kəsişməsindən Zəngəzur küçəsi ilə kəsişməsinədək olan hissəsində 15 oktyabr saat 08:00-dan qismən, 16 oktyabr saat 23:00-dan isə tam məhdudiyyət tətbiq olunacaq.
Sürücülərdən sıxlığın yaranmaması üçün əvvəlcədən alternativ yollardan istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.