Moskva prospektinin kənar yolu təmir ediləcək

2 Sentyabr 2026- 16:05
11 Moskva prospektinin kənar yolu təmir ediləcək

Hərəkət iştirakçılarının nəzərinə!

Aparılacaq təmir işləri ilə əlaqədar Binəqədi rayonu, Moskva prospektinin kənar yolu (Biləcəri enişi hissəsi) nəqliyyat vasitələrinin hərəkəti üçün tam bağlanacaq. 

Təmir işlərinə 4 sentyabr saat 20:00-dan etibarən start veriləcək. 

Məhdudiyyət proses başa çatanadək qüvvədə olacaq. 

Sürücülərdən qeyd olunan müddətdə alternativ hərəkət istiqamətlərindən istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur.