Qaradağ rayonunun Pirsaat qəsəbəsində “Qobustan” Günəş Elektrik Stansiyasına gedən 9,2 kilometr uzunluğunda avtomobil yolu qısa müddətdə inşa edilib.
IV texniki dərəcəyə uyğun tikilən yolun hərəkət hissəsinin eni 6 metr təşkil edir.
Yeni avtomobil yolu günəş elektrik stansiyasına rahat və təhlükəsiz nəqliyyat bağlantısının təmin edilməsinə, həmçinin ərazidə müasir infrastrukturun formalaşdırılmasına xidmət edir.