Hərəkət iştirakçılarının nəzərinə!
Aparılacaq təmir işləri ilə əlaqədar Sabunçu rayonu, Bəşir Bünyadov küçəsinin bir hissəsində və Ramana qəsəbəsi Mehdi Hüseynzadə küçəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Təmir işlərinə 5 sentyabr saat 07:00-dan etibarən start veriləcək.
Hərəkətin qismən məhdudiyyəti təmir işləri bitənə qədər qüvvədə olacaq.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və qeyd olunan ərazidə hərəkətdə olarkən diqqətli olmaları xahiş olunur.