Daha 3 ünvanda təmir işlərinə başlanıldı

1 Sentyabr 2026- 15:18
11 Daha 3 ünvanda təmir işlərinə başlanıldı

Hərəkət iştirakçılarının nəzərinə!

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq aşağıdakı küçə və yol sahələrində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq: 

Mikayıl Əliyev küçəsi ilə Kamil Balakişiyev küçəsi arasında yerləşən avtomobil yolu – 2 sentyabr saat 09:00-dan; 

Kamil Balakişiyev küçəsinin Rüstəm Rüstəmov küçəsi ilə kəsişməsindən 61 nömrəli məktəbədək olan hissəsi – 2 sentyabr saat 10:00-dan; 

Xətai rayonu, Abdulla Rəhimov küçəsi – 3 sentyabr saat 08:00-dan.

Sürücülərdən təmir işləri aparıldığı müddətdə alternativ yollardan istifadə etmələri, ərazidə tətbiq edilən müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.