Zirə qəsəbəsində 1150 metr uzunluğa malik 3 küçə təmir olunur VİDEO/FOTO

23 İyun 2022- 14:15

Xəzər rayonunun Zirə qəsəbəsinin Yeni sahə, Dəmiryol küçəsi, həmçinin Seyid Əzim Şirvani Həsrət Ağamalıoğlu küçələrində təmir işləri icra olunur. Küçələrin ümumi uzunluğu 1 150 metr təşkil edir. 

Torpaq əsaslı olan küçələr sözsüz ki, sakinlərin gediş-gəlişində problemlər yaradır, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi

Aparılan yenidənqurma işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol əsasının salınması işləri görülüb. Hazırda yeni asfalt-beton örtüyünün döşənməsi aparılır

Sonuncu mərhələdə hərəkətin normal təşkili üçün yolcizgi və yolgöstərici xətləri çəkilərək təmir işləri yekunlaşdırılacaq.

Qeyd edək ki, cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Xəzər rayonunun Mərdəkan, Binə, Buzovna, QalaZirə qəsəbələri ərazisində ümumi uzunluğu 26.5 km küçə və yolun təmiri aparılır. 

2021-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq isə rayonun Binə, Buzovna Qala qəsəbələrində ümumi uzunluğu 16.3 km olan küçə və yolların təmiri icra olunub. 

YOLUNUZ AÇIQ OLSUN…