Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində əməkdaşların peşəkar və şəxsi inkişafının dəstəklənməsi məqsədilə “Emosional intellekt” mövzusunda təlim təşkil olunub.
İnteraktiv formatda keçirilən təlimdə emosiyaların idarə edilməsi, effektiv ünsiyyət, liderlik və qərarvermə bacarıqları, eləcə də IQ, EQ və süni intellektin (AI) müasir iş mühitindəki rolu müzakirə edilib.
Agentlikdə əməkdaşların bilik və bacarıqlarının təkmilləşdirilməsinə, peşəkar inkişafına və iş səmərəliliyinin artırılmasına yönəlmiş təlim proqramlarının davam etdirilməsi nəzərdə tutulur.