Noyabrın 26-da Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Vüsal Nəsirli Lənkəran, Astara və Lerik rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib, abidəsi önünə gül dəstələri qoyulub.
Görüş zamanı vətəndaşların avtomobil yollarının mövcud vəziyyəti, təmir və yenidənqurma işləri, həmçinin məşğulluq məsələləri ilə bağlı müraciətləri dinlənilib.
Vətəndaşların yol infrastrukturu ilə bağlı müraciət və təklifləri nəzərdən keçirilib, qaldırılan məsələlərin araşdırılması və həlli istiqamətində müvafiq tapşırıqlar verilib.