Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində yaranan qabarma və çökmələr sürücüləri narahat edən məsələlərdəndir.
Bəs yolun asfalt örtüyünü yeniləməklə bu problemi həll etmək olmazmı?
Problem həqiqətən asfalt örtüyündədir, yoxsa gözlə görünməyən daha ciddi səbəblər var?
“Yolun Sözü” rubrikasının yeni buraxılışında süni intellekt əsaslı aparıcı AİDA yolun bu vəziyyətə düşməsinin səbəblərini və problemin aradan qaldırılması üçün hazırlanmış yenidənqurma layihəsini maraqlı görüntülər və qrafik animasiyalarla izah edir.