Obyektə giriş-çıxış yolu niyə etiraz doğurub? Video

26 Noyabr 2026- 21:39

 

Hacıqabul–Bəhrəmtəpə–Mincivan avtomobil yolunun mühafizə zolağında müvafiq icazə alınmadan obyektə giriş-çıxış yolu salınıb.

Respublika əhəmiyyətli avtomobil yollarında mühafizə zolağı hər istiqamət üzrə hərəkət hissəsinin mərkəzindən 30 metr enində müəyyən edilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Avtomobil Yollarının Mühafizə Xidmətinin əməkdaşı bu pozuntunun aradan qaldırılmasını tələb edib. Məqsəd yol infrastrukturunu qorumaq və hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etməkdir.