Toğanalı-Kəlbəcər avtomobil yolunda Murovdağ tunelinin inşası davam etdirilir

6 Oktyabr 2021- 09:34

  • Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun uzunluğu 80.7 km təşkil edir.
  • Layihənin 13.5-cı km-lik hissəsindən Murovdağ silsiləsi başlanır. Burda yüksəklik 1700 m-dən 3250 m-ə qədər artır.
  • Bu cür yüksəklikdə qışda yolun təhlükəsiz istismarı mümkün olmaya bilər. Bu üzdən Murovdağ silsiləsinin altından 11.6 km-lik tunel ilə keçiləcək.
  • Tunel bir istiqamət üzrə 2 hərəkət zolaqlı 12 metr enində olacaq.
  • Murovdağ tunelinin sol hərəkət istiqaməti üzrə üst yarı hissədə 125 metr, sağ istiqamət üzrə üst yarı hissədə isə 115 metr qazma işləri aparılıb. 
  • Hazırda tuneldə partlatma və qırıcı üsulları ilə qazma işləri davam edir.
  • Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu I və II texniki dərəcəyə uyğun inşa ediləcək. Tunel və körpülər 4 hərəkət zolaqlı olacaq.
  • Hazırda yolda layihə-axtarış, geologiya və səfərbərlik işləri aparılır.
  • Yol boyu 5 yeni avtomobil körpüsü inşa ediləcək. Ümumi uzunluğu 2575 metr olan 103 dairəvi boru quraşdırılacaq.
  • Avtomobil yolu Kəlbəcər rayonunun bir-çox yaşayış məntəqələri ilə yanaşı rayon mərkəzinə və məşhur İstisu ərazisinə qədər rahat gediş-gəlişi təmin edəcək

BÜTÜN YOLLAR QARABAĞA APARIR...