Diqqət! Bu yollarda rənglənmə işləri aparılacaq

7 İyun 2019- 13:03
11 Diqqət! Bu yollarda rənglənmə işləri aparılacaq

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Novxanı-Pirşağı və Xaçmaz-Xudat avtomobil yollarında üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır.

 

Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.