Agentlikdə növbəti təlim baş tutub

17 Sentyabr 2026- 15:35
11 Agentlikdə növbəti təlim baş tutub

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində əməkdaşların institusional inkişaf proqramı çərçivəsində “Problemlərin idarə edilməsi və həlli” mövzusunda növbəti təlim keçirilib.

İki saatlıq təlimdə Agentliyin aparatının və tabeli qurumlarının rəhbər, menecer və mütəxəssisləri iştirak edib. 

Təlim zamanı problemlərin kök səbəblərinin müəyyənləşdirilməsi, effektiv həll yollarının hazırlanması və problemlərdən inkişaf imkanlarının yaradılması məsələləri müzakirə olunub. 

Praktiki hissədə iştirakçılar real iş situasiyaları üzərində çalışaraq birgə həll təklifləri hazırlayıblar. Əməkdaşların peşəkar inkişafına yönələn bu cür təlimlərin davamlı keçirilməsi nəzərdə tutulur.