Vüsal Nəsirli Hacıqabul rayonu və Şirvan şəhərinin sakinlərini qəbul edəcək

14 Sentyabr 2026- 14:00
11 Vüsal Nəsirli Hacıqabul rayonu və Şirvan şəhərinin sakinlərini qəbul edəcək

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Vüsal Nəsirli sentyabrın 25-də Hacıqabul rayonu və Şirvan şəhərinin sakinlərini qəbul edəcək.

Vətəndaşlar sentyabrın 14-dən 18-dək qəbula yazılmaq üçün Agentliyə rəsmi müraciət edə bilərlər.

Müraciətlər info@aayda.gov.az elektron poçt ünvanı və ya poçt vasitəsilə qəbul olunur. Həmçinin vətəndaşlar (012) 599-79-75 nömrəli Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərlər.

Qəbulun təşkili məqsədilə vətəndaşların müraciətləri əvvəlcədən qeydə alınacaq.