Hərəkət iştirakçılarının nəzərinə!
Təmir işləri ilə əlaqədar 18 sentyabr tarixində Binəqədi rayonunda aşağıdakı ünvanlarda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq:
Binəqədi şossesi — saat 09:00-dan etibarən təmir işləri aparılan zolaqlar üzrə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
İbrahimpaşa Dadaşov küçəsi — saat 21:00-dan etibarən təmir işləri aparılan zaman nəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırıla bilər.
Məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq.
Sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq əvvəlcədən alternativ yollardan istifadə etmələri və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.