Elçin Əzizov küçəsi təmir edilir Məlumat

13 Sentyabr 2026- 12:49
11 Elçin Əzizov küçəsi təmir edilir

Hərəkət iştirakçılarının nəzərinə!

Aparılacaq təmir işləri ilə əlaqədar 14 sentyabr saat 6:00-dan etibarən Binəqədi rayonu, Xocasən qəsəbəsi, Elçin Əzizov küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. 

Təmir səbəbilə sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırıla bilər. 

Məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq. 

Sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq əvvəlcədən alternativ yollardan istifadə etmələri və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.