AAYDA-da süni intellektin idarəetmədə və iş prosesində effektiv tətbiqi üzrə təlim davam etdirilib.
Təlim zamanı süni intellekt texnologiyalarının qərarvermə və gündəlik iş proseslərində yaratdığı imkanlar, müxtəlif alətlərdən məqsədyönlü və səmərəli istifadə üsulları barədə məlumat verilib, praktiki nümunələr təqdim olunub.
Təlimin keçirilməsində əsas məqsəd Agentlikdə rəqəmsal transformasiya proseslərinin təşviqi, müasir texnologiyaların iş proseslərinə inteqrasiyasının genişləndirilməsi, həmçinin süni intellekt alətlərindən effektiv və sistemli istifadə bacarıqlarının formalaşdırılmasıdır.