Cəlilabadda 9 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu yenidən qurulur

9 Oktyabr 2026- 17:23
11 Cəlilabadda 9 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu yenidən qurulur

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, Cəlilabad rayonunda Sərhədabad–Əliabad–Zəhmətabad–Soltankənd avtomobil yolunun yenidən qurulması davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra olunan layihə ümumi uzunluğu 18 kilometr olan və 7 mindən artıq əhalinin yaşadığı 9 yaşayış məntəqəsini əhatə edən yolun yenilənməsini nəzərdə tutur.

Hazırda yolun 2,3 kilometrlik hissəsində asfalt-beton örtüyünün salınması başa çatdırılıb. Digər hissələrdə torpaq işləri və yol əsasının tikintisi aparılır.

Dayanıqlığın və hərəkət təhlükəsizliyinin təmin edilməsi məqsədilə 9 nöqtədə suötürücü borular quraşdırılır.

Tikinti prosesi müasir inşaat norma və qaydalarına uyğun həyata keçirilir. Layihə başa çatdıqdan sonra yaşayış məntəqələri arasında nəqliyyat əlaqələri yaxşılaşacaq, gediş-gəliş daha rahat və təhlükəsiz olacaq.

Yenilənən yol həmçinin rayonun sosial-iqtisadi inkişafına töhfə verəcək.