Siyəzən–Dağ Quşçu–Ərziküş avtomobil yolunun 4,8-ci kilometrindən başlayaraq bərpa və möhkəmləndirmə işləri aparılır, sel sularının zədələdiyi suötürücü qurğunun yerində metal konstruksiyalı körpü inşa olunur.
Eyni zamanda, Siyəzən–Məşrif–Qalaaltı avtomobil yolunun 11-ci kilometrində qəzalı vəziyyətə düşmüş körpünün yerində yeni körpünün tikintisi davam etdirilir.
Məqsəd yolların dayanıqlığını artırmaq və təhlükəsiz, fasiləsiz hərəkəti təmin etməkdir.
İşlər Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən həyata keçirilir.