Binəqədi rayonunda təmir işləri davam edir Məlumat

7 Oktyabr 2026- 15:48
11 Binəqədi rayonunda təmir işləri davam edir

Hərəkət iştirakçılarının nəzərinə!

8 oktyabr saat 15:00-dan etibarən Binəqədi rayonu Qara Qarayev küçəsinin Şota Rustaveli küçəsi ilə kəsişməsindən Osman Mustafayev küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işləri aparılacaq. 

Təmir işləri ilə əlaqədar qeyd olunan yol hissəsində nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq olunacaq.

Sürücülərdən əvvəlcədən alternativ yollardan istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.