Sürücülərin nəzərinə! MƏLUMAT

29 Avqust 2023- 09:06
11 Sürücülərin nəzərinə!

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 10-16-cı km-lik hissəsində yol-nəqliyyat hadisələri zamanı sıradan çıxmış əyrixətli dəmir tirlərin təmiri və dəyişdirilməsi işləri aparılır.

Sözügedən işlər bu gün saat 10:00-dan 16:00-dək aparılacaq.

Sürücülərdən qeyd olunan müddət ərzində sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik.