AAYDA-da "Layihə idarəçiliyinə müasir baxış Əməkdaşların İnkişafı Proqramı" çərçivəsində keçirilən növbəti təlim layihələrin planlı və nəticəyönümlü idarə olunmasına həsr edilib.
Təlimdə layihə düşüncəsinin inkişafı, idarəetmənin əsas prinsipləri, PMP və Agile yanaşmalarının praktik tətbiqi üzrə bilik və təcrübə mübadiləsi aparılıb. Daxili mütəxəssislərin təlimçi kimi iştirakı təşkilati biliklərin qorunmasına, paylaşılmasına və davamlı inkişaf mədəniyyətinin güclənməsinə dəstək verir.