Nobel prospektində yeraltı piyada keçidinin inşası yekunlaşıb – VİDEO / FOTO

29 Aprel 2017- 00:00
11 Nobel prospektində yeraltı piyada keçidinin inşası yekunlaşıb – VİDEO / FOTO

 

          "Ağ şəhər" avtomobil yollarının infrastruktur layihəsi” çərçivəsində Xəqani Rüstəmov küçəsi ilə Nobel prospektinin kəsişməsində inşa edilən yeraltı piyada keçidində tikinti işləri yekunlaşıb. Artıq vətədaşlar keçiddən istifadə edərək avtomobil yolunu keçə bilərlər.

 

          Keçidin ümumi uzunluğu 4 istiqamət üzrə giriş-çıxış hissələr də daxil olmaqla 280 metr, qalereyasının eni 8 m, hündürlüyü isə 3,2 metrdir. Keçidin giriş-çıxış hissəsinə 8 ədəd çöl şəraitində quraşdırılan eskalator qoyulub.

 

          Keçidin içərisi bütövlükdə işıqlandırma sistemi ilə təchiz olunub, bundan əlavə sanitar və 2 mühafizə otaqları ilə təmin edilib.

 

          Layihə çərçivəsində Nobel prospeketi ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsində dəmir yolla kəsişmə hissə ləğv olunub əvəzinə  “Bulvar” otel istiqamətinə doğru olan müvəqqəti yol əsaslı şəkildə yenidən qurulub. Yolun uzunluğu 250 m, eni isə 45-100 metr arasında dəyişir.

 

          Görülən işlər çərçivəsində yola üfüqi nişanlanma xətləri çəkilib, zəruri olan yerlərə 10  ədəd məlumatverici yol nişanı quraşdırılıb. Həmçinin 10 ədəd yeraltı kommunikasiya xətlərinin baxış qapaqları dəyişdirilib, səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün 13 ədəd yağış barmaqlıqlar qoyulub.

 

          Ümumilikdə yola 6500 m2 və  2 qat  olmaqla 15 sm qalınlığında asfalt-beton örtüyü salınıb, yol kənarlarına  900 p/m mərmər-qranit səki daşı, səkilərin üzərinə isə 4500 m2 tamet daşları düzülüb.

 

          Qeyd edək ki, sadalanan bütün işlər “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılıb.