Yevlax rayonunun Salahlı-Balçılı-Ağqıraqlı-Varvara-Cırdaxan avtomobil yolunun tikintisi layihəsi

17 Aprel 2017- 00:00
11 Yevlax rayonunun Salahlı-Balçılı-Ağqıraqlı-Varvara-Cırdaxan avtomobil yolunun tikintisi layihəsi

 

                   

           Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 yanvar tarixli 2607 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitdən “Azəravtoyol” ASC-yə ümumi uzunluğu 18,0 kilometr olan Yevlax rayonunun Salahlı-Balçılı-Ağqıraqlı-Varvara-Cırdaxan avtomobil yolunun tikintisi məqsədilə 6,8 milyon manat  vəsait ayrılmış və  layihənin icrası  qısa müddət ərzində keyfiyyətlə başa çatdırılmışdır.

 

 

          Bu yolun tikintisi 8,0 min nəfərə yaxın əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirərək yük və sərnişin daşınmasını xeyli yaxşılaşdırmağa imkan verəcəkdir.

 

 

          Yolun uzunluğu 17,7 km-dir və  IV texniki dərəcəyə uyğun olaraq layihələndirilərək yol-tikinti işləri yerinə yetirilmişdir.

          

 

                                Avtomobil yolunun əsas texniki göstəriciləri

 

          Yolun uzunluğu – 18,0 km

          Yolun texniki dərəcəsi - IV

          Hərəkət hissəsinin eni –6,0-7,0 m   

          Hərəkət zolaqlarının sayı -2 ədəd

          Hərəkət zolağının eni -  3,0-3,5 m

         Çiyinin eni -     2 x (1,5-2,0) m

         Torpaq yatağının eni – 9-10 m

 

                                                           Yolun konstruksiyası:

   

 

       - Əsasın alt layı, qum- çınqıl qarışığından, qalınlığı - 15 sm;

       - Əsasın üst layı, optimal qırmadaş qarışığı, qalınlığı -  10 sm;

        - Asfaltbeton örtük  2 laydan ibarət (7+5 sm) qalınlığı  - 12 sm.

 

                                        Aşağıda göstərilən işlər yerinə yetirilmişdir:

 

 

      Torpaq işləri yerinə yetirilmişdir - 108,9  min m3 ;

      Yolun əsasının və çiyinlərin tikintisinə  ümumilikdə qum- çınqıl və optimal qırmada qarışığı sərf                 edilmişdir - 36,2 min  m3

       2 laydan ibarət (7+5) 12 sm qalınlığında asfalt-beton örtüyü tikilmişdir - 16,4  min ton;

       Diametri 500-1500 mm olan su boruları tikilmişdir  - 16  ədəd;

       Yol təhlükəsizlik dirəkləri quraşdırılmışdır -  360 ədəd;

       Müxtəlif yol nişanları və göstərici lövhələr quraşdırılmışdır - 118 ədəd;

        Bütöv və qırıq-qırıq olmaqla sarı və ağ rəngdə  xətlər çəkilmişdir - 25,0 km.

 

 

 

Yevlax rayonunun Salahlı-Balçılı-Ağqıraqlı-Varvara-Cırdaxan avtomobil yolunun tikintisinin başa çatdırılması “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin“5 № - li Magistral Yolların İstismarı”MMCtərəfindən yerinə yetirmişdir.