Hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin olunub - VİDEO / FOTO

17 Fevral 2017- 00:00
11 Hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin olunub - VİDEO / FOTO

          Qeyri-sabit hava şəraiti ilə bağlı olaraq  “Azəravtoyol” ASC gecə boyu gücləndirilmiş iş rejimində çalışıb.

 

          Belə ki, “Azəravtoyol” ASC –nin əməkdaşları gecədən başlayaraq Bakı şəhərində cəmiyyətin balansında olan küçə və prospektlərə, o cümlədən respublikanın avtomobil yollarına qarın təmizlənməsinə və buzlaşmanın qarşısını alınması üçün kifayət qədər maşın-mexanizm və texnika cəlb edib.

         

          “Azəravtoyol” ASC-ə məxsus maşın-mexanizmlər və canlı qüvvə gecə boyu və səhər saatlarından başlayaraq qarın ən çox yağdığı və buzlaşmanın olduğu əraziləri, problemli yolları  nəzarətdə saxlayıb, hərəkətin təhlükəsizliyi təmin olunması məqsədi ilə tədbirlər görülüb.

 

          Cəmiyyət tərəfindən  aparılan qabaqlayıcı tədbirlərin nəticəsində qısa müddət ərzində problem müşahidə olunan ərazilərdə avtonəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkəti təmin olunub. Hazırda “Azəravtoyl” ASC-nin balansında olan avtomobil yollarında vəziyyət normaldır.

 

          “Azəravtoyol” ASC-nin  yollarda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi istiqamətində  gördüyü işlərə baxmayaraq yenə də nasaz, şinləri mövsümə uyğun olmayan, şinlərin protektorları yeyilmiş və təcrübəsiz sürücülər tərəfindən idarə olunan avtonəqliyyat vasitələri digər sürücülərin də hərəkətinə maneə törətməklə, yollarda tıxacların yaranmasına səbəbkar olublar. Üstəlik texnikaların vaxtında həmin ərazilərə cəlb olunmasına problem yaradıblar. Buna görə də  bu cür hazırlıqsız sürücülərin yollara çıxmaları tövsiyyə edilmir.