Hərəkət iştirakçılarının nəzərinə!
4 noyabr saat 12:00-dan etibarən Heydər Əliyev adına Beynəlxalq Hava Limanı–Bilgəh avtomobil yolunda, Buzovna dairəsinin altında yerləşən yol qovşağında 90 m³-lik nasosxana anbarının təmizlənməsi işləri aparılacaq.
Təmizlik işləri ilə əlaqədar avtomobil yolunun qeyd olunan hissəsində nəqliyyat vasitələrinin hərəkəti bir istiqamət üzrə məhdudlaşdırılacaq.
Sürücülərdən hərəkət zamanı diqqətli olmaları, yol nişanlarının tələblərinə əməl etmələri və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.