Hövsan–Türkan avtomobil yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq Məlumat

2 Noyabr 2026- 17:00
11 Hövsan–Türkan avtomobil yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq

Sürücülərin nəzərinə!

Hövsan–Türkan avtomobil yolunda bir müddətdir aparılan təmir işləri çərçivəsində 3 noyabr saat 07:00-dan 23:00-dək yolun kanal yaxınlığında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Sürücülərdən alternativ yol kimi Zığ şossesindən (Beton yol) istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.