Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində əməkdaşlar üçün “Ofis təhlükəsizliyi” mövzusunda nəzəri təlim təşkil olunub.
Təlimin məqsədi işçilərin ofis şəraitində təhlükəsizlik qaydaları barədə məlumatlılığını artırmaq, mümkün risklərin qarşısının alınması və təhlükəsiz iş mühitinin təmin edilməsi istiqamətində biliklərini təkmilləşdirməkdir.
Agentlikdə əməkdaşların sağlamlığının və təhlükəsizliyinin qorunmasına, eləcə də iş mühitində təhlükəsizlik mədəniyyətinin formalaşdırılmasına yönəlmiş maarifləndirici tədbirlər mütəmadi olaraq davam etdirilir.