Bakıda iki ərazidə təmir və yenidənqurma işləri aparılacaq

28 Oktyabr 2026- 17:49
11 Bakıda iki ərazidə təmir və yenidənqurma işləri aparılacaq

Hərəkət iştirakçılarının nəzərinə!

29 oktyabr saat 08:00-dan etibarən Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri, Koroğlu Rəhimov və Təbriz küçələrinin kəsişməsində isə yolun hərəkət hissəsinin genişləndirilməsi məqsədilə ayırıcı zolağın ləğvi işləri aparılacaq.

Təmir işləri ilə əlaqədar qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkətinə tam və ya qismən məhdudiyyət tətbiq oluna bilər.

Sürücülərdən alternativ yollardan istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.