Sahil qəsəbəsinin Natiq Mustafayev küçəsində təmir işləri aparılacaq

22 Oktyabr 2026- 16:52
11 Sahil qəsəbəsinin Natiq Mustafayev küçəsində təmir işləri aparılacaq

Hərəkət iştirakçılarının nəzərinə!

23 oktyabr saat 08:00-dan etibarən Qaradağ rayonu Sahil qəsəbəsinin Natiq Mustafayev küçəsində təmir işləri aparılacaq.

Təmir işləri ilə əlaqədar qeyd olunan ərazidə nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq olunacaq.

Sürücülərdən qeyd olunan saatlarda alternativ yollardan istifadə etmələri və hərəkət zamanı diqqətli olmaları xahiş olunur.