Hökməli–Qobu–Güzdək avtomobil yolunun 4-cü kilometrliyi təmir ediləcək Məlumat

20 Oktyabr 2026- 18:00
11 Hökməli–Qobu–Güzdək avtomobil yolunun 4-cü kilometrliyi təmir ediləcək

Hərəkət iştirakçılarının nəzərinə!

21 oktyabr saat 08:00-dan etibarən Abşeron rayonunda Hökməli–Qobu–Güzdək avtomobil yolunun 4-cü kilometrliyində təmir işləri aparılacaq.

Təmir işləri ilə əlaqədar qeyd olunan yol hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Sürücülərdən əvvəlcədən alternativ yollardan istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.