Müşfiqabad qəsəbəsi, Yeni Həyat küçəsində təmir işləri aparılacaq Məlumat

20 Oktyabr 2026- 16:40
11 Müşfiqabad qəsəbəsi, Yeni Həyat küçəsində təmir işləri aparılacaq

Hərəkət iştirakçılarının nəzərinə!

21 oktyabr saat 08:00-dan etibarən Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində, Yeni Həyat küçəsinin Şirvan küçəsi ilə kəsişməsindən 10-cu Müşfiqabad küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işləri aparılacaq.

Təmir işləri ilə əlaqədar qeyd olunan ərazidə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Sürücülərdən sıxlığın yaranmaması üçün əvvəlcədən alternativ yollardan istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.