Hacıqabul və Şirvan şəhərindən olan vətəndaşların qəbulu keçirilib

25 Sentyabr 2026- 17:00
11 Hacıqabul və Şirvan şəhərindən olan vətəndaşların qəbulu keçirilib

AAYDA-nın İdarə Heyətinin sədri Vüsal Nəsirli sentyabrın 25-də Hacıqabul rayonu və Şirvan şəhərindən olan vətəndaşları qəbul edib.

Qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib, abidəsi önünə gül dəstələri qoyulub. 

Görüş zamanı vətəndaşların avtomobil yolları və yol infrastrukturu ilə bağlı müraciətləri və təklifləri aidiyyəti üzrə nəzərdən keçirilib.

Qaldırılan məsələlərin araşdırılması və həlli istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.