Daha 6 ünvanda körpü və yolötürücülərinin müayinəsi aparılacaq Məlumat

25 Sentyabr 2026- 16:00
11 Daha 6 ünvanda körpü və yolötürücülərinin müayinəsi aparılacaq

Bakı şəhəri və ətraf qəsəbələrdə yerləşən bir sıra yolötürücülərində instrumental müayinə işlərinin davam etdirilməsi nəzərdə tutulur.

Müayinə işləri aşağıdakı tarixlərdə gecə saat 1:00-dan 5:00-dək həyata keçiriləcək: 

26 sentyabr – Zabrat-Maştağa yolu, texniki baxış məntəqəsinin yanı; 

27 sentyabr – Sabunçu rayonu, E.Mehdiyev küçəsi, “Bakıxanov” yolötürücüsü; 

3 oktyabr – Nizami rayonu, M.Əliyev küçəsi, “Dakar” dairəsi;

4 oktyabr – Ziya Bünyadov prospekti, “Çermet” yolötürücüsü; 

10 oktyabr – M-1 Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 10-cu km-i, (Ekologiya postu); 

11 oktyabr – M-1 Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolu, (Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısı). 

Bu müayinələr körpü və yolötürücülərinin etibarlı istismarına, mümkün risklərin vaxtında müəyyənləşdirilməsinə və hərəkət təhlükəsizliyinin artırılmasına xidmət edir.