Sabunçu rayonunda daha iki ünvanda təmir işlərinə start verilir Məlumat

22 Sentyabr 2026- 14:40
11 Sabunçu rayonunda daha iki ünvanda təmir işlərinə start verilir

Hərəkət iştirakçılarının nəzərinə!

23 sentyabr saat 09:00-dan etibarən Sabunçu rayonunda aşağıdakı ünvanlarda təmir işlərinə başlanılacaq: 

Sabunçu qəsəbəsi, Mehdi Hüseynzadə küçəsinin Yeni Ramana küçəsi ilə kəsişməsindən Günəşli küçəsi ilə kəsişməsinədək (68 nömrəli məktəbin yaxınlığı) olan hissəsi; 

Zabrat qəsəbəsi, Nəriman Nərimanov küçəsinin Şəhər şossesi ilə kəsişməsindən Novruz küçəsi ilə kəsişməsinədək olan hissəsi. 

Təmir işləri ilə əlaqədar qeyd olunan yol hissələrində nəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırıla bilər. 

Sürücülərdən əvvəlcədən alternativ yollardan istifadə etmələri və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.