Hərəkət iştirakçılarının nəzərinə!
22 sentyabr saat 09:00-dan etibarən aşağıdakı ünvanlarda təmir işlərinə başlanılacaq:
Qaradağ rayonunda Səməndər İsmayılzadə küçəsinin (Xocəsən–Lökbatan avtomobil yolunun) Meyvəli dairəsindən Lökbatan qəsəbəsi, 28 May küçəsi ilə kəsişməyə qədər olan hissəsində;
Binəqədi rayonunda Əcəmi Naxçıvani küçəsinin Azadlıq prospekti ilə kəsişməsindən Atatürk prospekti ilə kəsişməsinə qədər olan hissəsində.
Qeyd olunan ünvanlarda aparılan təmir işlərinin mərhələlərindən asılı olaraq hərəkət qismən və ya tam məhdudlaşdırıla bilər.
Sürücülərdən hərəkət zamanı diqqətli olmaları, yol nişanlarının tələblərinə riayət etmələri və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.