20 Sentyabr – Dövlət Suverenliyi Günüdür.
Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixində imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-si Azərbaycan Respublikasında "Dövlət Suverenliyi Günü" kimi qeyd edilir.
Bu əlamətdar gün Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutur. Dövlət suverenliyimizin tam bərpası xalqımızın tarixində yeni mərhələnin başlanğıcı oldu. Bu tarixi Zəfər ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin olunması ilə nəticələndi. Suveren Azərbaycan bu gün öz inkişaf yolunu inamla davam etdirir.
Suverenlik dövlətimizin qüdrətinin, xalqımızın qürurunun və gələcəyimizin möhkəm təməlidir.
20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə xalqımızı səmimi-qəlbdən təbrik edirik!