Ulduz” metrostansiyasının qarşısındakı yol sahəsində təmir işləri davam edir

12 Sentyabr 2026- 15:30
11 Ulduz” metrostansiyasının qarşısındakı yol sahəsində təmir işləri davam edir

“Ulduz” metrostansiyasının qarşısından keçən yol sahəsində asfalt örtüyünün döşənməsi işləri aparılır.

Sözügedən hissə Akademik Həsən Əliyev küçəsindən “Koroğlu” metro stansiyası istiqamətində inşa edilən yeni avtomobil yolunun mühüm hissələrindən biridir. 

Layihənin icrası paytaxtın yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə, nəqliyyat əlaqələrinin yaxşılaşdırılmasına və hərəkətin daha rahat təşkilinə xidmət edir.

İşlər “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilir.