Hərəkət iştirakçılarının nəzərinə!
Aparılacaq təmir işləri ilə əlaqədar Nizami rayonu, Fərəməz Maqsudov küçəsində 14 sentyabr saat 07:00-dan etibarən nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq.
Sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq əvvəlcədən alternativ yollardan istifadə etmələri və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.