Tədris ili başa çatan kimi 110 ünvanda təmir işlərinə start verilib

11 Sentyabr 2026- 09:10
11 Tədris ili başa çatan kimi 110 ünvanda təmir işlərinə start verilib

Bakıda 110 küçə və prospekti əhatə edən genişmiqyaslı təmir proqramına tədris ili başa çatan kimi start verilib.

İşlər mərhələli şəkildə aparılır ki, şəhərdə hərəkətə təsir minimum olsun və təmir mümkün qədər qısa müddətdə yekunlaşsın.

Bugünədək 60 küçədə təmir işləri yekunlaşdırılıb, 15 küçədə isə işlər davam edir. Yeni tədris ili başlamazdan əvvəl şəhərin mərkəzi hissəsini əhatə edən Yasamal, Nərimanov, Səbail, Nəsimi və Xətai rayonlarında proqram üzrə nəzərdə tutulan işlər tam başa çatdırılıb.

12 rayon. 110 küçə və prospekt. Məqsəd — rahat və təhlükəsiz