Bu ünvanlarda təmir işlərinə start verilir Məlumat

9 Sentyabr 2026- 16:00
11 Bu ünvanlarda təmir işlərinə start verilir

Hərəkət iştirakçılarının nəzərinə!

Aparılacaq təmir işləri ilə əlaqədar Xətai rayonu, Kazımağa Kərimov küçəsinin bir hissəsində və Nizami rayonu, Keşlə qəsəbəsi, 6-cı Keşlə küçəsində hərəkət məhdudlaşdırılacaq. 

Təmir işlərinə 10 sentyabr saat 09:00-dan etibarən start veriləcək. Kazımağa Kərimov küçəsində hərəkətin qismən, 6-cı Keşlə küçəsində isə tam məhdudlaşdırılması nəzərdə tutulur. 

Məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq. 

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və qeyd olunan ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları xahiş olunur.