Bu ünvanlarda təmir işləri aparılır Məlumat

31 Avqust 2026- 13:00
11 Bu ünvanlarda təmir işləri aparılır

Hərəkət iştirakçılarının nəzərinə!

Vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişinin təmin edilməsi məqsədilə aşağıdakı ünvanlarda təmir işləri aparılır:

Binəqədi rayonu, Mirmahmud Kazımovski küçəsi; 
Xəzər rayonu, Türkan–Hövsan şossesi;  
Suraxanı rayonu, Elzar Yusubov küçəsi; 
Binəqədi rayonu, Elçin Əzizov küçəsi. 

1 sentyabr saat 09:00-dan etibarən isə Heydər Əliyev prospekti ilə 7-ci Köndələn küçəsinin kəsişməsində təmir işlərinə başlanılacaq.

Təmir işlərinin gedişindən asılı olaraq, qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti qismən və ya tam məhdudlaşdırıla bilər. Məhdudiyyətlər təmir işləri başa çatanadək qüvvədə olacaq.

Sürücülərdən qeyd olunan müddətdə alternativ hərəkət istiqamətlərindən istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur.